Shopping cart

  • Home
  • Dünya
  • Nüvə mühərrikli kosmik gəminin Marsa uçuşu üçün ilkin büdcə açıqlandı
Dünya

Nüvə mühərrikli kosmik gəminin Marsa uçuşu üçün ilkin büdcə açıqlandı

Email 11

NASA tərəfindən nüvə mühərriki ilə təchiz edilmiş kosmik gəminin ərsəyə gətirilməsi və onun Marsa uçuş missiyasının təşkili xərcləri 2 milyard dolları ötəcək.

“Qasid Media” xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

“Xərclərin ilkin qiymətləndirilməsi təqribən 2.1 milyard dollar təşkil edir. NASA satınalma prosesləri gedişatında bu rəqəmi dəqiqləşdirməyə davam edəcək”, – deyə məlumatda qeyd olunur.

“Space Reactor-1 Freedom” adlandırılan layihənin icra müddəti 2026-2029-cu illər üçün nəzərdə tutulub.

Maliyyə vəsaitlərinin bir hissəsi NASA-nın tədqiqat layihələri fondundan cəlb olunacaq. Bununla yanaşı, sözügedən xərc planına Marsa kosmik gəmi vasitəsilə çatdırılması planlaşdırılan “SkyFall” elmi missiyasının maliyyələşdirilməsi daxil edilməyib.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər