Shopping cart

  • Home
  • Nəqliyyat
  • Azərbaycanın avtomobil bazarı iştirakçısı maliyyə vəziyyətini açıqlayıb
Nəqliyyat

Azərbaycanın avtomobil bazarı iştirakçısı maliyyə vəziyyətini açıqlayıb

Email 13

Azərbaycanda yüngül avtomobillər və ağır texnika üçün mühərrik və sürtgü yağlarının, akkumulyator və şinlərin, filtr və digər ehtiyat hissələrinin satışı ilə məşğul olan “Caspian Equipment Company” ASC 2025-ci ili 1,22 milyon manat xalis mənfəətlə başa vurub.

“Qasid Media” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 12,2 % çoxdur.

Ötən il “Caspian Equipment Company”nin vergiyəqədərki mənfəəti 1,525 milyon manat (əvvəlki ilə nisbətən 12,2 % çox), mənfəət vergisi ödəmələri isə 305 min manat (12,1 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Caspian Equipment Company”nin aktivləri 13,955 milyon manat olub ki, bu da illik müqayisədə 12,1 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 36,6 % artaraq 1,104 milyon manata, balans kapitalı isə 20 % artaraq 12,852 milyon manata çatıb.

Xatırladaq ki, “Caspian Equipment Company” 2019-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 200 min manatdır. Şirkətin səhmdarı 100 % Eldəniz Rüstəmovdur.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər