Shopping cart

  • Home
  • Hadisə
  • Gəncədə çaya yıxılan kişi xilas edilib
Hadisə

Gəncədə çaya yıxılan kişi xilas edilib

Email 22

Gəncədə çaya yıxılan kişi xilas edilib.

“Qasid Media” xəbər verir ki,bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, “112” qaynar telefon xəttinə Gəncə şəhəri ərazisində vətəndaşın Gəncə çayına yıxılaraq köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.Məlumatla əlaqədar FHN-in Gəncə Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb olunub.Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1988-ci il təvəllüdlü Şirinov Qoşqar Arif oğlu ehtiyatsızlıqdan çay dərəsinə yıxılıb və bədən xəsarəti alaraq köməksiz vəziyyətdə qalıb.Xilasedicilər xüsusi vasitələrlə vətəndaşı çay dərəsindən çıxarıb xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər