Shopping cart

  • Home
  • İdman
  • 3×3 basketbol üzrə Dünya Qadın Seriyasının Bakı mərhələsi başlayır
İdman

3×3 basketbol üzrə Dünya Qadın Seriyasının Bakı mərhələsi başlayır

Email 26

3×3 basketbol üzrə Dünya Qadın Seriyasının Bakı mərhələsi bu gün start götürür.

“Qasid Media”nın məlumatına görə, Fəvvarələr Meydanında yarışda Azərbaycan millisi və “Neftçi SOCAR” komandası mübarizə aparacaq.

Milli komanda seçmə mərhələnin B qrupunda Benin və Braziliya yığmaları ilə üz-üzə gələcək. Qarşılaşmalar müvafiq olaraq saat 10:25 və 12:05-də start götürəcək. Qrup qalibi əsas raundun D qrupunda İspaniya və Avstriya ilə görüşəcək.

“Neftçi SOCAR” əsas mərhələnin A qrupunda Çexiyanın “Praqa” klubu və Litva millisi ilə münasibətlərə aydınlıq gətirəcək. Oyunlar saat 16:15 və 18:05-də olacaq.

Xatırladaq ki, Dünya Qadın Seriyasının Bakı mərhələsi iyulun 19-da başa çatacaq.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər