Shopping cart

  • Home
  • Dünya
  • Çində torpaq sürüşməsi: 8 nəfər ölüb, 34 nəfər itkin düşüb
Dünya

Çində torpaq sürüşməsi: 8 nəfər ölüb, 34 nəfər itkin düşüb

Email 27

Çinin Çonçin şəhərində baş verən torpaq sürüşməsi nəticəsində 8 nəfər ölüb, 34 nəfər itkin düşüb.

“Qasid Media” xəbər verir ki, aramsız yağışların səbəb olduğu sürüşmə yerli vaxtla səhər saat 9 radələrində Hancia mikrorayonunda baş verib. Nəticədə dağın ətəyində yerləşən 10-dan çox yaşayış binası dağıntı və palçıq axını altında qalıb. Axtarış işlərinin gedişində 10 nəfər xilas edilib, 8 nəfərin meyiti tapılıb. Hazırda axtarış-xilasetmə işləri davam edir. 

Sürüşmədən sonra ərazidə 2-ci səviyyədə geoloji fəlakət vəziyyəti elan olunub. Təbii fəlakət bölgəsindən təxminən 1100 nəfər təxliyə edilib.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər