Shopping cart

  • Home
  • İdman
  • Q.Qurbanov: Komandamız oyuna tam hazırdır
İdman

Q.Qurbanov: Komandamız oyuna tam hazırdır

Email 16

“Qarabağ” UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab matçında qarşılaşacağı “Vestri”ni (İslandiya) artıq daha yaxından tanıyır.

“Qasid Media” xəbər verir ki, bunu Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov sözügedən matçdan əvvəl klubun mətbuat xidmətinə açıqlamasında bildirib.

O, cavab görüşünə yaxşı hazırlaşdıqlarını söyləyib:

“Komandamız oyuna tam hazırdır. Rəqibi artıq daha yaxından tanıyırıq. Oyunu təhlil etmişik. Baxmayaraq ki, uzun yol qət etmişik. Bununla belə, inanıram ki, futbolçularımız matça qədər özlərini tam hazır hiss edəcəklər. Hava soyuq olsa da, futbol üçün əlverişlidir. Heyətdə müəyyən dəyişiklik ola bilər”.

Qeyd edək ki, “Qarabağ” “Vestri” kollektivini ilk matçda 3 cavabsız qolla məğlub edib.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər