Shopping cart

  • Home
  • Gündəm
  • Azərbaycan İlahiyyat İnstitutunun tələbələri İstanbulda beynəlxalq “Yay məktəbi”ndə iştirak edəcək
Gündəm

Azərbaycan İlahiyyat İnstitutunun tələbələri İstanbulda beynəlxalq “Yay məktəbi”ndə iştirak edəcək

Email 34

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) və Bakı İlahiyyat Kollecinin tələbələri Aİİ, Türkiyə Dəyanət Vəqfi və TİKA-nın birgə təşkilatçılığı ilə İstanbulda beynəlxalq “Yay məktəbi”ndə iştirak edəcəklər.

“Qasid Media” xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, “Yay məktəbi” iyulun 20-dən avqustun 5-dək davam edəcək. Layihə çərçivəsində tələbələr üçün zəngin tədris və mədəni proqram nəzərdə tutulub. Proqramda “Türkiyədə və Amerikada İslam araşdırmaları”, “Ərəb dünyasında kitab və nəşriyyat mədəniyyəti”, “Əlyazma əsərlər ənənəsi”, “İlahiyyat təhsili”, “Fiqh təhsilinin metodologiyası”, “İslam şəhərsalma ənənəsi və memarlığı”, “Müasir dünyada əxlaqi dəyərlər”, “İnsan və cəmiyyətin dərk edilməsi” kimi mövzularda tanınmış alim və mütəxəssislərin mühazirələri keçiriləcək.

Vurğulanıb ki, tədris proqramı ilə yanaşı, tələbələrin nəzəri biliklərinin praktik mühitdə zənginləşdirilməsi məqsədilə Türkiyə Dəyanət Vəqfinin İslam Araşdırmaları Mərkəzinə (İSAM), Rami Kitabxanasına, 29 Mayıs Universitetinə, Sahni-Səman mədrəsələrinə, Fuat Sezgin Elm Tarixi Muzeyinə, eləcə də Bursa şəhərinin tarixi məkanlarına ekskursiyalar nəzərdə tutulub.

Proqram müddətində tələbələrin asudə vaxtlarının səmərəli təşkili, elmi-mədəni dünyagörüşlərinin genişləndirilməsi, beynəlxalq akademik mühitlə yaxından tanış olmaları məqsədilə müxtəlif tədbirlər həyata keçiriləcək.

Qeyd edək ki, Aİİ-nin qarşıya qoyduğu əsas məqsədlərdən biri İslam və digər dünya dinləri haqqında dərin biliklərə yiyələnən, tərəfsiz və bütün konfessiyalara dözümlülüklə yanaşan din xadimləri yetişdirməklə yanaşı, intellektual, elmpotensiallı, səriştəli və savadlı kadrlar hazırlamaqdır.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər