Email 32
İtaliyalı Yannik Sinner Londonda keçirilən “Uimbldon” turnirinin həlledici qarşılaşmasında almaniyalı tennisçi Aleksandr Zverevi məğlub edib.”Qasid Media” xəbər verir ki, matç 6:7 (7:9), 7:6 (7:2), 6:3, 6:4 hesabı ilə italiyalının xeyrinə başa çatıb.Peşəkar Tennisçilər Assosiasiyasının (ATP) reytinq lideri üçün bu kubok “Böyük Dəbilqə” seriyası yarışlarında beşinci olub.Daha əvvəl Sinner iki dəfə Avstraliya Açıq çempionatında (2024, 2025) qalib gəlib, eləcə də ABŞ Açıq çempionatında (2024) və “Uimbldon”da (2025) qələbələr qazanıb.










