Email 32
Bu ilin I yarısında Azərbaycanın xəzinədarlıq orqanları ötən ilin eyni dövrü ilə müqayisədə 9,6% az – 624 mindən çox ödəniş tapşırığı icra edib. Maliyyə Nazirliyindən verilən məlumata görə, yanvar-iyun aylarında icmal büdcənin gəlirləri 24,4, xərcləri 19,8 milyard manat, o cümlədən dövlət büdcəsinin gəlirləri 19,2 milyard, xərcləri 16,8 milyard manat təşkil edib. Nəticədə icmal büdcədə 4,6, dövlət büdcəsində isə 2,4 milyard manat profisit olub.










