Email 22
Suriyanın paytaxtı Dəməşqdə partlayışlar törədilib. “Reuters”in məlumatına görə, Suriyada səfərdə olan Fransa Prezidenti Emmanuel Makronun qaldığı hotelin yaxınlığında 2 bomba partladılıb. Suriya daxili işlər nazirliyi 18 nəfərin yaralandığını açıqlayıb. Xəsarət alanlardan 4-ü polis əməkdaşıdır. Makronun ofisinin yaydığı məlumata görə, Fransa prezidenti heç bir partlayış səsi eşitməyib, səfər proqrama uyğun olaraq davam edir.




