Shopping cart

  • Home
  • Media
  • “Arzum 9999″ın səhhəti pisləşib, hökmə qarşı apellyasiya veriləcək
Manşet

“Arzum 9999″ın səhhəti pisləşib, hökmə qarşı apellyasiya veriləcək

Email 88

“Arzum 9999” adı ilə tanınan bloqer İlduzə Hacıyevanın səhhətində problemlər yarandığı bildirilir.

Məlumata görə, bu barədə onun vəkili Hikmət Əliyev açıqlama verib. Vəkilin sözlərinə əsasən, İlduzə Hacıyevanın mütəmadi həkim nəzarətinə ehtiyacı var. O, həmçinin bildirib ki, birinci instansiya məhkəməsinin çıxardığı hökmdən apellyasiya şikayəti veriləcək.

Xatırladaq ki, Xəzər Rayon Məhkəməsinin hökmü ilə İlduzə Hacıyeva 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. Dövlət ittihamçısı isə məhkəmədən onun 5 il 9 ay həbs cəzasına məhkum olunmasını istəyib.

Qeyd edək ki, cinayət işi 2025-ci ilin iyun ayında Bakının Mərdəkan qəsəbəsində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlıdır. Qəza nəticəsində bir nəfər həyatını itirib, daha bir nəfər isə ağır bədən xəsarətləri alıb.

İlduzə Hacıyevaya Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerini tərk etmə) maddələri ilə ittiham irəli sürülüb.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər