Shopping cart

  • Home
  • Ölkə
  • Sabahın hava proqnozu açıqlandı: bəzi rayonlarda leysan və dolu gözlənilir
Hava

Sabahın hava proqnozu açıqlandı: bəzi rayonlarda leysan və dolu gözlənilir

Email 92

Milli Hidrometeorologiya Xidməti iyulun 6-na gözlənilən hava şəraiti ilə bağlı proqnozu açıqlayıb.

Məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir buludlansa da, əsasən yağmursuz keçəcək. Şimal-qərb küləyi mülayim əsəcək. Havanın temperaturu gecə saatlarında 20-23, gündüz isə 29-34 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə 70-75 faiz, gündüz isə 55-65 faiz olacaq.

Respublikanın rayonlarında isə bəzi ərazilərdə fasilələrlə yağış yağacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal olunur. Gecə və səhər saatlarında bəzi dağlıq ərazilərdə duman müşahidə ediləcək. Şərq küləyi mülayim əsəcək.

Rayonlarda havanın temperaturunun gecə 20-24, gündüz 30-35 dərəcə isti olacağı gözlənilir. Dağlıq ərazilərdə isə gecə 11-16, gündüz 18-23, bəzi yerlərdə isə 25-28 dərəcə isti qeydə alınacaq.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər