Shopping cart

  • Home
  • İqtisadiyyat
  • Azərbaycanda gələn il orta pensiyanın 640 manat olacağı gözlənilir
İqtisadiyyat

Azərbaycanda gələn il orta pensiyanın 640 manat olacağı gözlənilir

Email 14

Bu il Azərbaycanda orta pensiyanın 595 manat, gələn il isə bundan 45 manat çox – 640 manat olacağı gözlənilir.

“Qasid Media” xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi ilə birgə keçirilən iclasda – “Dövlət sosial müdafiə fondunun 2027-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Bundan başqa, deputat deyib ki, 2019-cu ildən başlayaraq əmək pensiyalarının minimum məbləği ölkə üzrə pensiyaçılar üçün yaşayış minimumunu üstələyib: “Bu meyar gələn ildə də qüvvədə olacaq”. 

“Əvvəlki illərdə olduğu kimi cari və növbəti ildə də orta aylıq pensiyanın orta aylıq əmək haqqının 50 %-dən az olmaması qorunacaq. Bununla da, pensiyalar Beynəlxalq Əmək Təşkilatının sosial təminatın 40 %-lik minimum norması haqqında müvafiq konvensiyasına cavab verəcək”, – deyə o qeyd edib.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər