Shopping cart

  • Home
  • Dünya
  • Yaponiyada mobil rabitənin işində genişmiqyaslı nasazlıq baş verib
Dünya

Yaponiyada mobil rabitənin işində genişmiqyaslı nasazlıq baş verib

Email 15

Yaponiyanın ən böyük mobil rabitə operatoru “NTT Docomo” ölkə üzrə xidmətlərinin işində nasazlıqlar barədə məlumat verib.

“Qasid Media” xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Operatorun məlumatına görə, nasazlıqlar səsli zəngləri, SMS-mesajların göndərilməsini və mobil məlumatların ötürülməsini əhatə edib.

Problemlər noyabrın 5-i yerli vaxtla günorta saatlarında (Bakı vaxtı ilə saat 07:00-da) qeydə alınıb.

Genişmiqyaslı nasazlığın səbəbləri araşdırılır.

Hadisə son həftələrdə Yaponiya şirkətlərinə və dövlət qurumlarına qarşı kiberhücumların artdığı bir vaxtda baş verib, bu hücumlar nəticəsində istifadəçilərin şəxsi məlumatları sızıb.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər