Shopping cart

  • Home
  • İdman
  • Rafinya UEFA Çempionlar Liqasında Neymar və Rivaldonu geridə qoyub
İdman

Rafinya UEFA Çempionlar Liqasında Neymar və Rivaldonu geridə qoyub

Email 9

İspaniyanın “Barselona” klubunun futbolçusu Rafinya UEFA Çempionlar Liqasında yeni nailiyyətə imza atıb.

“Qasid Media” xəbər verir ki, 29 yaşlı hücumçu buna “Aston Villa”nı məğlub etdikləri (3:0) Liqa mərhələsinin IV turunun oyununda nail olub.

Görüşdə dubl edən braziliyalı forvard Kataloniya təmsilçisinin heyətində qitənin bir nömrəli klub turnirində vurduğu qolların sayını 23-ə çatdırıb.

O, həmvətənləri Rivaldo (22) və Neymarı (21) geridə qoyub.

“Barselona” forması ilə UEFA Çempionlar Liqasında Rafinyadan daha çox qol vuran yalnız iki futbolçu var. Bunlar Luis Suares (25) və Lionel Messidir (120).

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər