Shopping cart

  • Home
  • Dünya
  • Yaponiya sahillərində 6,1 maqnitudalı zəlzələ baş verib
Dünya

Yaponiya sahillərində 6,1 maqnitudalı zəlzələ baş verib

Email 22

Yaponiyanın Honşu adasındakı Mie prefekturasının sahillərində 6,1 maqnitudalı zəlzələ qeydə alınıb.

“Qasid Media” Yaponiya Meteorologiya İdarəsinə istinadən xəbər verir ki, yeraltı təkanların ocağı 350 km dərinlikdə yerləşib.

Yeraltı təkanlar Honşu adasının böyük hissəsində hiss olunub.

Sunami təhlükəsi elan edilməyib. Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.

Nəqliyyatın fəaliyyəti normal rejimdə davam edir.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər