Shopping cart

  • Home
  • ABŞ
  • Tramp Braziliyada prezident seçkilərinin nəticələrinə şübhə ilə yanaşıb
ABŞ

Tramp Braziliyada prezident seçkilərinin nəticələrinə şübhə ilə yanaşıb

Email 29

ABŞ Prezidenti Donald Tramp Braziliyada dövlət başçısı Luis İnasio Lula da Silvanın qalib gəldiyi prezident seçkilərinin nəticələrinin etibarlılığına şübhə ilə yanaşıb.

“Qasid Media” xəbər verir ki, Amerika lideri bu barədə Texas ştatında Respublikaçılar Partiyasının tərəfdarları qarşısında çıxışı zamanı bildirib.

Demokratlar Partiyasından olan siyasi rəqiblərini tənqid edən Tramp onları “yəqin ki, tarixdə seçkilərdə ən böyük saxtakarlıq edənlər” adlandırıb.

“Braziliya da bu işdə pis deyil, elə deyilmi? Bunu gördünüz? Yaxşı görünmürdü”, – deyə o, səsvermənin nəticələrini şərh edərkən bildirib.

Bununla yanaşı, ABŞ Prezidenti Braziliyada keçirilən seçkilərdə namizədlərdən heç birini dəstəkləmədiyini vurğulayıb: “Mən heç kimin tərəfini tutmamışam, amma bu, xoşuma gəlmədi. Çox da yaxşı görünmürdü”.

Qeyd edək ki, Braziliyada prezident seçkilərinin ikinci turunun nəticələrinə əsasən, Luis İnasio Lula da Silva senator Flavio Bolsonarunu qabaqlayaraq yenidən prezident seçilib.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər