Shopping cart

  • Home
  • Dünya
  • SEPAH: İranda iki terrorçu dəstənin üzvləri həbs ediliblər
Dünya

SEPAH: İranda iki terrorçu dəstənin üzvləri həbs ediliblər

Email 29

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ölkədə iki terrorçu dəstəyə qarşı əməliyyat keçirib.

“Qasid Media” ISNA-ya istinadən xəbər verir ki, İranın cənub-şərqində terrorçu qruplaşmalara qarşı kəşfiyyat tədbirlərinin davamında Saravan və İranşəhr bölgələrində iki dəstə müəyyən edilib və üzvləri həbs olunublar.

“Həbs edilən dəstələr İranşəhr və Saravanda bir neçə terror əməliyyatı həyata keçirməyi planlaşdırırdı, lakin kəşfiyyat orqanlarının qabaqlayıcı tədbiri nəticəsində uğursuzluğa düçar olublar”, – məlumatda bildirilib.

Qeyd olunub ki, SEPAH Quru Qoşunlarının Qüds Qərargahı xarici qüvvələrin muzdlu qruplaşmalarına qarşı bundan sonra da əməliyyatlar keçirəcək.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər