Shopping cart

  • Home
  • Dünya
  • Albaniyada etirazçılar şəhər meriyasının binasını yandırıblar
Dünya

Albaniyada etirazçılar şəhər meriyasının binasını yandırıblar

Email 27

Albaniyanın paytaxtı Tiranada etirazçılar şəhər meriyasının binasını yandırıblar.

“Qasid Media” TASS-a istinadən məlumatına görə, bu barədə CNA portalı xəbər verib.

Portalın məlumatına görə, əsas girişdə baş verən yanğın qısa zamanda binanın içini bürüyərək birinci mərtəbəyə yayılıb. Yüzlərlə etirazçının şəhər meriyasının yaxınlığında toplaşdığı qeyd olunur.

Tiranada vəziyyət oktyabrın 13-də Təhsil Nazirliyinin qarşısında tələbə etirazından sonra gərginləşib. Nümayişçilər və polis arasında toqquşmalar 10 gündən çoxdur, davam edir. Etirazçılar Baş nazir Edi Ramanın istefasını tələb edirlər.

İğtişaşlardan əvvəl Tiranada Adriatik dənizi sahilindəki Vyosa-Narta təbiət qoruğunda hökumət tərəfindən irəli sürülən kurort inkişafı layihəsi ilə bağlı ardıcıl 130 gün ərzində hökumət əleyhinə mitinqlər keçirilib.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər