Shopping cart

  • Home
  • Gündəm
  • Avropada saytlara giriş kütləvi şəkildə məhdudlaşdırılır
Gündəm

Avropada saytlara giriş kütləvi şəkildə məhdudlaşdırılır

Email 35

Avropanın bir sıra ölkələrində dövlət qurumları, universitetlər, xəstəxanalar və digər təşkilatlar mümkün kiberhücumların qarşısını almaq məqsədilə PHP proqramlaşdırma dilində işləyən saytlarını müvəqqəti olaraq bağlayıb və ya onların fəaliyyətini məhdudlaşdırıb.

“Qasid Media” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Finlandiya hökuməti ehtiyat tədbiri olaraq bütün ictimai internet xidmətlərini dayandırıb. Almaniya və Avstriyada isə Vyana və Frayburq universitetlərinin saytları əlçatmaz olub. Almaniyada Berlinin “Charité” xəstəxanası, universitetlər və müxtəlif dövlət qurumları da internet resurslarını bağlayıblar.

Böyük Britaniyanın Milli Kibertəhlükəsizlik Mərkəzi PHP ilə işləyən sistemlərin yoxlanılmasını və təhlükəsizlik yeniləmələrinin dərhal tətbiqini tövsiyə edib. Bu mümkün olmadıqda isə həmin sistemlərin söndürülməsi məsləhət görülüb.

Belçikanın Xarici İşlər Nazirliyi də mümkün kiberhücumlarla bağlı xəbərdarlıqlardan sonra saytlarını müvəqqəti olaraq bağlayıb.

Niderlandda isə dövlət qurumlarına, təhsil müəssisələrinə və şirkətlərə məxsus çoxsaylı saytlar əlçatmaz olub. Bağlanan resurslar arasında ölkə parlamentinin aşağı palatasının saytı, universitetlərin və elmi təşkilatların rəqəmsal platformaları da yer alıb.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər