Email 39
FIBA Avropa Kubokunun müntəzəm mövsümündə keçirilməsi planlaşdırılan “”Rilski Sportist” (Bolqarıstan) – “Gəncə” oyunu təxirə salınıb.
“Qasid Media” xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, oyun səfərlə bağlı yaranmış çətinliklər səbəbindən nəzərdə tutulan vaxtda baş tutmayacaq.
C qrupunun qarşılaşmasının oktyabrın 21-də Samokov şəhərində təşkili nəzərdə tutulmuşdu.










