Shopping cart

  • Home
  • İdman
  • Azərbaycanın oğlanlardan ibarət boks millisi Avropa çempionatında üçüncü yeri tutub
İdman

Azərbaycanın oğlanlardan ibarət boks millisi Avropa çempionatında üçüncü yeri tutub

Email 36

zərbaycanın 17 yaşadək oğlan boksçulardan ibarət millisi Monteneqronun Budva şəhərində keçirilmiş Avropa çempionatında üçüncü yeri tutub.

“Qasid Media” xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyasından məlumat verilib.

Yığma buna 1 qızıl, 2 gümüş və 2 bürünc medal qazanmaqla nail olub.

Millimiz oğlan və qızların ümumi komanda hesabında isə dördüncü yerdə qərarlaşıb.

Qeyd edək ki, Azərbaycan boksçuları Avropa çempionatında ümumilikdə 2 qızıl, 3 gümüş və 3 bürünc medala yiyələnib.

Məhəmmədəli İstamov (57 kq), Cəmilə Muradlı (57 kq) qızıl, Həsrət Məmmədov (46 kq), İsmayıl Nəsirzadə (52 kq), Səma Abbasova (66 kq) gümüş, Qardaş Rəhimov (54 kq), Hidayət Məmmədov (70 kq) və Xumar Cəfərli (+80 kq) bürünc mükafata sahib olublar.

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər