Shopping cart

  • Home
  • İdman
  • “Kəpəz” Azərbaycan çempionatlarının yüksək dəstəsində 300-cü qələbəsini qazanıb
İdman

“Kəpəz” Azərbaycan çempionatlarının yüksək dəstəsində 300-cü qələbəsini qazanıb

Email 38

“Kəpəz” Azərbaycan çempionatlarının yüksək dəstəsində 300-cü qələbəsini qazanıb.

“Qasid Media”nın Peşəkar Futbol Liqasına istinadən məlumatına görə, yubiley Misli Premyer Liqasının VII turuna təsadüf edib.

Gəncə təmsilçisi səfərdə “Araz-Naxçıvan”ın qapısından 2 cavabsız top keçirib.

Qərb klubunun 300-cü sevinci 721-ci matçına təsadüf edib. Evdə 194, səfərdə 102 dəfə qalib gələn “Kəpəz” neytral meydanlarda 4 dəfə sevinib.

İlk qələbəsini 1992-ci il mayın 3-də “Turan”la ev matçında əldə edən (2:1) Gəncə təmsilçisi 300 və daha çox oyunda qalib gələn 4-cü komandadır.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər