Shopping cart

  • Home
  • ABŞ
  • Tramp Vaşinqtonun husilərlə əlaqədə olduğunu bildirib
ABŞ

Tramp Vaşinqtonun husilərlə əlaqədə olduğunu bildirib

Email 59

Birləşmiş Ştatlar Yəmənin “Ənsar Allah” (husilər) qiyamçı hərəkatı ilə əlaqə saxlayır.

“Qasid Media” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Tennessi ştatından Ağ Evə qayıdarkən Vaşinqton yaxınlığındakı “Endryus” hərbi bazasında jurnalistlərlə söhbətində bildirib.

“Bizim husilərlə təmaslarımız qurulub və görək bundan sonra nə olacaq. Amma onların etdikləri çox pis idi”, – o, Səudiyyə Ərəbistanına endirilən zərbələri şərh edərkən deyib.

Bununla belə, onun fikrincə, belə hallarda krallığın müdafiə olunmaq hüququ var.

Daha əvvəl Səudiyyə Ərəbistanının Mülki Aviasiya Baş İdarəsi bildirib ki, Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına hücum nəticəsində bir Amerika vətəndaşı olmaqla, azı 12 nəfər ölüb, 309 nəfər isə yaralanıb.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər