Shopping cart

  • Home
  • Nəqliyyat
  • Binəqədi rayonunun bir küçəsində hərəkət tam məhdudlaşdırılacaq
Nəqliyyat

Binəqədi rayonunun bir küçəsində hərəkət tam məhdudlaşdırılacaq

Email 8

Bakının Binəqədi rayonunda aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunacaq.

“Qasid Media” xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, təmir işlərinə oktyabrın 8-də saat 15:00-dan etibarən başlanılacaq.

İşlər Binəqədi rayonunun Qara Qarayev küçəsinin Şota Rustaveli küçəsi ilə kəsişməsindən Osman Mustafayev küçəsi ilə kəsişməsinədək olan hissəsində aparılacaq.

Təmir işləri ilə əlaqədar qeyd olunan yol hissəsində nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət tətbiq olunacaq.

Sürücülərdən əvvəlcədən alternativ yollardan istifadə etmələri, hərəkət zamanı diqqətli olmaları və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər