Shopping cart

  • Home
  • Dünya
  • İtaliyada pişiklərin müəmmalı şəkildə yoxa çıxması təşviş yaratdı
Dünya

İtaliyada pişiklərin müəmmalı şəkildə yoxa çıxması təşviş yaratdı

Email 6

İtaliyada heyvan hüquqları müdafiəçiləri pişiklərin kütləvi şəkildə yoxa çıxdığını bildirərək, bunun yaxınlaşan “Hellouin” bayramı ərəfəsində keçirilən qurbanvermə ayinləri ilə əlaqəli ola biləcəyini iddia ediblər.

“Qasid Media” “La Nazione” nəşrinə istinadən xəbər verir ki, Milli Heyvanları Müdafiə Təşkilatının (ENPA) yerli bölməsinin prezidenti Mariya Roza İnkandela bu halların hər il təkrarlandığını bildirib.

“Bu, bayramdan əvvəlki həftələrdə keçirilən bir növ ritualdır. Pişikləri, bəlkə də, italyan olmayan və bunun üçün pul alan şəxslər tuturlar”, – deyə o bildirib.

Aktivist COVID-19 pandemiyasından əvvəl Çitta-di-Kastello bölgəsində yandırılmış pişik qalıqlarının aşkarlandığını və bunun əsasında bir “sekta”nın fəaliyyətinin üzə çıxarıldığını xatırladıb.

Heyvansevərlərin şübhələri tünd rəngli avtomobildə olan bir kişi və qadınla bağlıdır. Şahidlərin sözlərinə görə, qadının avtomobildən düşərək pişiyi tutduğu və maşına saldığı görülüb. Lakin şahidlərdən heç biri avtomobilin dövlət qeydiyyat nişanını yadda saxlamayıb.

“Əvvəlki illərdə ağ, sonra qara pişikləri ovlayırdılarsa, indi zolaqlı pişiklər də hədəfdədir. Ümumilikdə 20-yə yaxın heyvan yoxa çıxıb. Ən böyük risk altında olanlar ev pişikləridir. Çünki onlar küçə pişikləri ilə müqayisədə daha mehribandır və insanlara asanlıqla yaxınlaşırlar”, – deyə İnkandela əlavə edib.

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər