Shopping cart

  • Home
  • Dünya
  • Gürcüstandan azərbaycanlı da daxil 107 əcnəbi deportasiya edilib
Dünya

Gürcüstandan azərbaycanlı da daxil 107 əcnəbi deportasiya edilib

Email 13

Gürcüstandan son günlərdə 107 xarici ölkə vətəndaşı deportasiya edilib.

“Qasid Media” xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsi məlumat yayıb.

Bildirilib ki, Miqrasiya İdarəsinin əməkdaşları nazirliyin müvafiq bölmələri ilə koordinasiya şəraitində həyata keçirdikləri tədbirlər nəticəsində 19 ölkənin vətəndaşını ölkədən çıxarıblar.

Deportasiya edilənlər arasında İordaniya, Hindistan, Misir, Livan, Əlcəzair, Filippin, Ermənistan, Özbəkistan, Türkiyə, Rusiya, Çin, Azərbaycan, Qırğızıstan, İraq, Keniya, Nepal, Nigeriya və Tayland vətəndaşları da var.

Mövcud qanunvericiliyə uyğun olaraq, deportasiya edilən şəxslərin Gürcüstana girişinə qadağa qoyulub.

Qeyd edək ki, bu ilin əvvəlindən Gürcüstanın Miqrasiya İdarəsinin əməkdaşları tərəfindən ölkədən təxminən 3 300 xarici vətəndaş deportasiya edilib.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər