Shopping cart

  • Home
  • Gündəm
  • Azərbaycanın investisiya şirkəti 800 min manatlıq istiqraz buraxır
Gündəm

Azərbaycanın investisiya şirkəti 800 min manatlıq istiqraz buraxır

Email 15

“Assit Finance İnvestisiya Şirkəti” ASC “Bakı Fond Birjası” QSC-də 800 min manatlıq istiqraz yerləşdirməyə hazırlaşır.

“Qasid Media” Birjaya istinadən xəbər verir ki, söhbət hər birinin nominal dəyəri 100 manat olan 8 000 ədəd diskontlu, təmin edilməmiş, sənədsiz, adlı istiqrazdan gedir. İstiqrazlara abunə yazılışı 7-21 oktyabrda həyata keçiriləcək.

Bir istiqraz üzrə minimum yerləşdirilmə qiyməti 90 manatdır. Bu qiymətdən aşağı təqdim edilmiş sifarişlər qəbul edilmir. Yerləşdirmə zamanı sifarişlər ən yüksək qiymət təklifindən başlayaraq aşağı qiymətə doğru ardıcıllıqla icra edilir. 

Qiymətli kağızlar 6 ay tədavüldə olacaq. Tədavül müddətinin sonunda nominal dəyər üzrə geri ödəniş ediləcək. 

Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər