Son günlər sosial medianın diqqətini Badamlar ərazisində yerləşən böyük obyekt cəlb edib.
“Qasid Media” xəbər verir ki, Sosial şəbəkələrdə yayılan görüntülərdə obyektin yüksək gərginlikli elektrik xəttinin yaxınlığında yerləşməsi müzakirələrə səbəb olub. Eyni zamanda, ərazidə əvvəllər ağacların olduğu və onların kəsildiyi ilə bağlı iddialar səsləndirilib.
Məsələ ilə bağlı əsas sual isə obyektin tikintisinin hansı əsaslarla həyata keçirilməsi və ərazi üzrə təhlükəsizlik tələblərinə riayət olunub-olunmamasıdır.
Xüsusilə yüksək gərginlikli elektrik xəttinin yaxınlığında belə böyük tikilinin yerləşməsi təhlükəsizlik baxımından narahatlıq doğurur. Şəhərsalma və tikinti qaydalarına əsasən, tikinti obyektlərinin təhlükəsizliyi və mühəndis-kommunikasiya xətlərinin mühafizəsi təmin edilməlidir.
Hazırda obyektin qanuni əsaslarla inşa edilib-edilmədiyi, ağacların kəsilməsi ilə bağlı iddiaların nə dərəcədə əsaslı olduğu və tikintiyə hansı qurumların nəzarət etdiyi suallar doğurur.
Məsələ ilə bağlı aidiyyəti qurumların açıqlaması gözlənilir.




