Email 22
Kürdəmirdə toy mərasimində zəhərlənənlərin sayı 50 nəfəri keçib.
“Qasid Media”nın xəbərinə görə, onlardan 7-si azyaşlıdır.
Qeyd edək ki, hadisə ötən gün şəhər ərazisində yerləşən “Günəş” restoranında qeydə alınıb.
Zərərçəkənlər Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Fakt araşdırılır.










