Email 25
Fransanın Qar və Ero departamentlərində şiddətli yağışların səbəb olduğu daşqın riski ilə əlaqədar qırmızı təhlükə səviyyəsi elan edilib.
“Qasid Media” xəbər verir ki, bu barədə yerli mediası Fransanın Meteorologiya Xidmətinə istinadən məlumat yayıb.
Həmin departamentlərdə məktəblərdə dərslərin dayandırıldığı elan edilib.
Bundan əlavə, Buş-dyu-Ron, Ardeş və Lozer departamentlərində narıncı təhlükə səviyyəsi elan olunub.










