Shopping cart

  • Home
  • İdman
  • UEFA Mbappeni 3 oyunluq diskvalifikasiya edib
İdman

UEFA Mbappeni 3 oyunluq diskvalifikasiya edib

Email 18

UEFA Fransanın “Lill” klubunun yarımmüdafiəçisi Etan Mbappeni 3 oyunluq diskvalifikasiya edib.

“Qasid Media” xarici mediaya istinadən xəbər verir ki, 19 yaşlı futbolçu Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda İspaniyanın “Betis” klubuna qarşı keçirilən matçda birbaşa qırmızı vərəqə alıb.

Mbappe rəqib komandanın müdafiəçisi Natana əl ilə zərbə endirib. Baş hakim Georgi Kabakov epizodu VAR vasitəsilə izlədikdən sonra fransalı futbolçunu meydandan kənarlaşdırıb.

Diskvalifikasiya səbəbindən Mbappe “Arsenal” (İngiltərə), “Qalatasaray” (Türkiyə) və “Budyo-Qlimt” (Norveç) klublarına qarşı keçiriləcək Çempionlar Liqası matçlarında iştirak etməyəcək.

Qeyd edək ki, “Lill” – “Betis” matçı La Liqa kollektivinin 3:2 hesablı qələbəsi ilə bitib.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər