Shopping cart

  • Home
  • Dünya
  • TBNM üzrə yük axını 2040-cı ilə qədər 32 milyon tona qədər arta bilər
Dünya

TBNM üzrə yük axını 2040-cı ilə qədər 32 milyon tona qədər arta bilər

Email 32

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM, Orta Dəhliz) üzrə yük daşımalarının ümumi həcmi 2023-cü ildə qeydə alınmış 8,8 milyon tonla müqayisədə 2040-cı ilə qədər 32,1 milyon ton həddinə çata bilər ki, bu da 3,65 dəfə artım deməkdir.

Bu barədə “Qasid Media” Dünya Bankının “İnteqrasiya: Transxəzər nəqliyyat marşrutu boyu yüksək səviyyəli ticarət logistikası” adlı hesabatına istinadən xəbər verir.

Bildirilib ki, qeyri-neft yüklərinin artım templəri daha da nəzərəçarpan olacaq – onların Xəzər dənizi vasitəsilə daşınma həcmi 4,45 dəfə artaraq 3,5 milyon tondan 15,6 milyon tona çatacaq.

“Dəhlizin Şərq girişi (Mərkəzi və Şərqi Asiyanın kəsişməsində) vasitəsilə ümumi yük axını 2040-cı ilə qədər 28,5 milyon tondan 105,7 milyon tona, Qərb girişi (Cənubi Qafqaz və Türkiyə) vasitəsilə isə 12,1 milyon tondan 35 milyon tona qədər artacaq”, – hesabatda qeyd olunub.

Hesabatı hazırlayan ekspertlərin qiymətləndirmələrinə görə, dəhlizin intensiv inkişaf ssenarisi həyata keçirilərsə, Çin-Avropa istiqamətində (Çuntsin-Budapeşt hissəsində) konteynerlərin çatdırılma müddəti hazırkı 47-50 gündən 2040-cı ilə qədər 18-19 günə qədər azaldılacaq.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər