Shopping cart

  • Home
  • Gündəm
  • AQC: Son 1 ildə Bakının bütün rayonlarında mənzillər bahalaşıb
Gündəm

AQC: Son 1 ildə Bakının bütün rayonlarında mənzillər bahalaşıb

Email 33

Son 1 ildə Bakının 12 inzibati rayonunun hamısında mənzillərin qiyməti artıb.

“Qasid Media” xəbər verir ki, bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti” (AQC) İctimai Birliyindən bildirilib.

Qurumun apardığı hesablamalar zamanı əvvəlki bazar göstəriciləri, son 12 ayda formalaşmış qiymət artımı, ərazinin yerləşməsi, nəqliyyat əlçatanlığı, tikilinin yaşı və tipi, mənzilin təmir və planlaşdırma vəziyyəti, sənədləşmə və infrastruktur, rayonlar üzrə əhalinin sayı əsas amillər nəzərə alınıb.

Hazırda paytaxtın rayonlar üzrə mənzillərin bir kvadratmetrinin ortalama maksimum, orta və minimum qiymətləri aşağıdakı kimidir:

№RayonMaksimum, AZN/m²Orta, AZN/m²Minimum, AZN/m²
1Nəsimi6 5463 7242 890
2Səbail6 0774 1322 162
3Nərimanov5 0763 8702 867
4Xətai4 8383 3431 781
5Yasamal4 1713 3612 675
6Sabunçu3 9303 2482 240
7Nizami3 7432 7012 083
8Binəqədi3 2652 5401 832
9Qaradağ2 4302 0281 266
10Suraxanı2 4181 9961 425
11Xəzər2 3581 6281051
12Pirallahı1 7581 4521022

Beləliklə, əhalinin faktiki sayı, ərazinin yerləşməsi, nəqliyyat əlçatanlığı, tikilinin yaşı və tipi, mənzilin təmiri, planlaşdırma vəziyyəti, sənədi, infrastruktur əlçatanlığı, həmçinin rayonlar üzrə tikilmiş binaların həcmi nəzərə alaınmaqla paytaxt üzrə mənzil qiymətlərinin ortalama göstəriciləri aşağıdakı kimidir:

Bakı şəhəri üzrə mənzillərin ortalama qiymətləriAZN/m²
Maksimum4015
Orta2 934
Minimum2026

Təqdim olunan göstəricilər paytaxtın mənzil bazarında ümumi ortalama qiymət səviyyəsini xarakterizə edir. Konkret əmlakın bazar dəyərinin müəyyənləşdirilməsi zamanı isə fərdi göstəricilər ayrıca nəzərə alınır.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər