Shopping cart

  • Home
  • İdman
  • “Formula 1”: Azərbaycan Qran-prisinin qalibi bu gün bəlli olacaq
İdman

“Formula 1”: Azərbaycan Qran-prisinin qalibi bu gün bəlli olacaq

Email 6

“Formula 1” üzrə Azərbaycan Qran-prisinə bu gün yekun vurulacaq.

“Qasid Media”nın məlumatına görə, ilk olaraq “Formula 2″də ikinci əsas yarış keçiriləcək.

Sonra “Formula 1″də qalibin adına aydınlıq gələcək.

Beləliklə, Bakıdakı Qran-priyə yekun vurulacaq.

Qeyd edək ki, ötən gün “Formula 2″də “Dams Lukas Oil” komandasından Dino Beqanoviç sprint, “Rodin Motorsport”dan Aleks Dann birinci əsas yarışın qalibi olub.

“Formula 1″də isə “Mersedes” pilotu Corc Rassell sıralama turunda ən yaxşı nəticəni göstərmişdi.

Azərbaycan Qran-prisinədək “Mersedes”in italiyalı pilotu Andrea Kimi Antonelli 292 xalla liderdir. Onun Böyük Britaniyadan olan komanda yoldaşı Corc Rassell (211 xal) ikinci, “Ferrari”dən Lüis Hemilton (191 xal) üçüncüdür.

Konstruktorlar Kubokunda da “Mersedes” liderdir – 503 xal. “Ferrari” ikinci (358 xal), “Maklaren” (306 xal) üçüncü pillədə qərarlaşıb.

Azərbaycan Qran-prisində son günün proqramı:

26 sentyabr

11:00. “Formula 2”: İkinci əsas yarış

15:00. “Formula 1”: Əsas yarış.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər