Shopping cart

  • Home
  • Gündəm
  • Kallas: Aİ ölkələri Avropa Sülh Fondundan Ukraynaya 6,6 mlrd avro ayrılmasını razılaşdırıb
Gündəm

Kallas: Aİ ölkələri Avropa Sülh Fondundan Ukraynaya 6,6 mlrd avro ayrılmasını razılaşdırıb

Email 7

Aİ ölkələri Avropa Sülh Fondundan Ukraynaya 6,6 mlrd avro məbləğində vəsait ayrılmasının şərtlərini razılaşdırıb.

“Qasid Media” xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas “X” sosial şəbəkəsində bildirib.

“900 mln avro Aİ-nin Ukraynaya yardım göstərilməsi üzrə Hərbi Missiyasının fəaliyyətinə yönəldiləcək. Daha 1 mlrd avro yeni avadanlığın birgə satınalınmasına sərf olunacaq. Qalan 4,7 mlrd avro Aİ ölkələrinə xərclərinin kompensasiyası üçün yönəldiləcək, bu zaman onlardan bəziləri artıq öz paylarını Ukraynaya yönəldəcəklərini bəyan ediblər”, – Kallas bildirib.

O, həmçinin Moskvanın hibrid hücumlarının Avropanı qorxutmağa və onu Ukraynaya dəstəyi azaltmağa məcbur etməyə yönəldiyini bəyan edib.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər