Email 11
“Formula 1” üzrə Azərbaycan Qran-prisində sıralama turu başa çatıb.
“Qasid Media”nın məlumatına görə, üç mərhələnin yekunda birinci yeri tutan pilot müəyyənləşib.
Ən yaxşı nəticəni “Mersedes” pilotu Corc Rassell göstərib.
“Ferrari”dən Şarl Lekler ikinci, “Maklaren”dən Oskar Piastri üçüncü yeri tutub.
Bu gün üçüncü sərbəst yürüşdə “Red Bull”dan Maks Ferstappen ən yaxşı nəticəni göstərib.
Ötən gün Corc Rassell ilk və ikinci sınaq yürüşündə birinci olub.
Qeyd edək ki, Azərbaycan Qran-prisində əsas yarış sentyabrın 26-da keçiriləcək.










