Shopping cart

  • Home
  • İdman
  • Bu gün Bakıda “Formula 1” üzrə Azərbaycan Qran-prisinə start veriləcək
İdman

Bu gün Bakıda “Formula 1” üzrə Azərbaycan Qran-prisinə start veriləcək

Email 5

Bu gün “Formula 1” üzrə Azərbaycan Qran-prisinə start veriləcək.

“Qasid Media”nın məlumatına görə, ilk gündə iki sərbəst yürüş keçiriləcək.

Bundan əlavə, “Formula 2″də də sınaq yürüşü ilə yanaşı, sıralama turları gerçəkləşəcək.

20 döngə, 51 dövrədən ibarət olan Bakı treki ümumilikdə 306,049 km məsafəni əhatə edir.

Paytaxtdakı ilk yarış Avropa Qran-prisi kimi 2016-cı ildə baş tutub. Sonrakı yeddi turnir Azərbaycan Qran-prisi adlanıb.

2016-cı ildə almaniyalı Niko Rosberq yarışı hamıdan tez tamamlayıb. Növbəti illərdə müvafiq olaraq Daniel Rikkardo (Avstraliya), Lüis Hemilton (Böyük Britaniya), Valtteri Bottas (Finlandiya), Serxio Peres (Meksika) və Maks Ferstappen (Niderland) treki birinci pillədə başa vurublar. 2023-cü ildə isə Peres ikinci dəfə Bakıda qalib gəlib. 2024-cü ildə Oskar Piastri (Avstraliya), 2025-ci ildə Maks Ferstappen bütün rəqiblərini qabaqlayıb.

2020-ci ildə koronavirus pandemiyası səbəbindən Bakıda yarış təşkil olunmayıb.

Azərbaycan Qran-prisinədək “Mersedes”in italiyalı pilotu Andrea Kimi Antonelli 292 xalla liderdir. Onun Böyük Britaniyadan olan komanda yoldaşı Corc Rassell (211 xal) ikinci, “Ferrari”dən Lüis Hemilton (191 xal) üçüncüdür.

Konstruktorlar Kubokunda da “Mersedes” liderdir – 503 xal. “Ferrari” ikinci (358 xal), “Maklaren” (306 xal) üçüncü pillədə qərarlaşıb.

Azərbaycan Qran-prisində ilk günün proqramı:

10:00. “Formula 2”: Sərbəst yürüş

12:30. “Formula 1”: Birinci sərbəst yürüş

14:00. “Formula 2”: Birinci sıralama turu

14:30. “Formula 2”: İkinci sıralama turu

16:00. “Formula 1”: İkinci sərbəst yürüş

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər