Shopping cart

  • Home
  • İdman
  • Azərbaycan Basketbol Liqasında iştirakçı klubların siyahısında dəyişiklik edilib
İdman

Azərbaycan Basketbol Liqasında iştirakçı klubların siyahısında dəyişiklik edilib

Email 14

2026/2027 mövsümündə Azərbaycan Basketbol Liqasında (ABL) iştirakçı klubların siyahısında dəyişiklik edilib.

“Qasid Media” xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyasından məlumat verilib.

ABL və ölkə kubokunun keçirilməsi haqqında əsasnamənin 3.3 və 5.12-ci maddələrinə əsasən, klubların qeydiyyat tələblərinin yerinə yetirilməsi ilə bağlı aparılan qiymətləndirmənin nəticəsində ABL İdarə Heyəti tərəfindən müvafiq qərar qəbul edilib.

Qərara əsasən, 2026/2027 mövsümündə “Sumqayıt” ABL-də, “Şəki” isə ABL 2-də iştirak edəcək.

Beləliklə, 2026/2027 mövsümündə ABL-də “Sabah”, “LANDAU Lions”, “Gəncə”, “Neftçi”, “Ordu”, “Naxçıvan”, NTD Və “Sumqayıt” komandaları mübarizə aparacaq.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər