Shopping cart

  • Home
  • ABŞ
  • Bessent: ABŞ və Çin süni intellekt məsələləri üzrə dialoq aparmaq barədə razılığa gəlib
ABŞ

Bessent: ABŞ və Çin süni intellekt məsələləri üzrə dialoq aparmaq barədə razılığa gəlib

Email 28

ABŞ və Çin ticarət və süni intellekt məsələləri üzrə uğurlu danışıqlar aparıblar.

“Qasid Media”nın “Reuters”ə istinadən məlumatına görə, bunu ABŞ-ın maliyyə naziri Skott Bessent bildirib.

Onun sözlərinə görə, tərəflər süni intellekt sahəsində qarşılıqlı fəaliyyət mexanizminin yaradılmasını müzakirə ediblər. Bu mexanizmin “ABŞ və Çin arasında süni intellekt dialoqu” adlandırılması planlaşdırılır.

Bessent qeyd edib ki, Vaşinqton iki ölkə arasında süni intellektlə bağlı milli təhlükəsizlik məsələlərinə təsir göstərə biləcək mümkün insidentlər və təhdidlər barədə qarşılıqlı məlumatlandırma sisteminin yaradılmasını təklif edib. 

Tərəflər, həmçinin bu sahədə məqsədlər və risklər barədə ortaq anlayış formalaşdırmağı planlaşdırırlar.

Nazir əlavə edib ki, danışıqlar tərəflərin yaratdığı Ticarət Şurası çərçivəsində daha əvvəl Pekində başlanmış işi davam etdirib.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər