Shopping cart

Hadisə

Ağcabədidə çoxillik tut bağı yanır

Email 26

Ağcabədi rayonunda çoxillik tut bağında yanğın başlayıb.

“Qasid Media” “Report”a istinadən xəbər verir ki, hadisə Ağcabədi rayonunun Hindarx qəsəbəsi ərazisində qeydə alınıb.

Yanğın Ağdam-Ağcabədi yolunun kənarında tut bağında başlayıb və qısa müddətdə bütün bağa yayılıb. Hadisə yerinə FHN-nin Yanğından Mühafizə bölmələrinin briqadaları cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. Hadisənin başvermə səbəbi araşdırılır.

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər