Shopping cart

  • Home
  • İdman
  • “Bazel” baş məşqçisi Ştefan Lixtştaynerlə yollarını ayırıb
İdman

“Bazel” baş məşqçisi Ştefan Lixtştaynerlə yollarını ayırıb

Email 33

İsveçrənin “Bazel” klubu baş məşqçisi Stefan Lixtştaynerlə yollarını ayırıb.

“Qasid Media” klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, buna komandanın çempionatdakı uğursuz nəticələri səbəb olub.

Çempionatda keçirilən 7 turdan və evdəki iki ardıcıl məğlubiyyətdən sonra rəhbərlik komandanın oyununda gözlənilən inkişafın olmaması səbəbindən mütəxəssislə əməkdaşlığı dayandırmaq qərarına gəlib. Yeni baş məşqçi təyinatına qədər komandaya müvəqqəti olaraq assistent Luici Noçentini rəhbərlik edəcək.

S.Lixtştaynerlə birlikdə köməkçi məşqçi Mario Kantaluppi də kollektivdən ayrılıb.

Klubun İdarə Heyətinin sədri David Degen ötən mövsümün ikinci yarısındakı uğursuzluğa baxmayaraq, baş məşqçiyə etimad göstərdiklərini, lakin son həftələrdə komandada müsbət dinamika görünmədiyi üçün bu addımı atdıqlarını qeyd edib.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər