Shopping cart

  • Home
  • Gündəm
  • Naxçıvanda “İşsizin dostu” proqramı üzrə daha bir qrup şəxs işlə təmin olunub
Gündəm

Naxçıvanda “İşsizin dostu” proqramı üzrə daha bir qrup şəxs işlə təmin olunub

Email 33

Naxçıvan Muxtar Respublikasında (MR) “İşsizin dostu” proqramı üzrə daha bir qrup şəxsə işlə təmin olunmaları üçün göndərişlər verilib.

“Qasid Media” xəbər verir ki, bu barədə muxtar respublikanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.

Qeyd olunub ki, həmin şəxslər nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyində işsiz və işaxtaran kimi qeydiyyatda olan vətəndaşlar arasından seçilib.

Onlar abadlaşdırma, yaşıllaşdırma, parklara, ictimai yerlərə qulluq, sosial xidmətlərin göstərilməsi və s. işlərdə çalışacaqlar.

DOST İş Mərkəzinin “İşsizin dostu” proqramı işsiz və işaxtaran şəxslərin məşğulluğunun təmin edilməsinə, ilkin peşə bilik və bacarıqlarına yiyələnmələrinə, onların əmək bazarına çıxış imkanlarının artırılmasına xidmət edir.

Proqram çərçivəsində ödənişli ictimai işlərə cəlb edilənlərin hər biri ilə əmək müqaviləsi bağlanır. Bu da onların gələcək əmək və sosial təminat hüquqlarının əsasını təşkil edir.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər