Shopping cart

  • Home
  • Nəqliyyat
  • Bu gün Bakının iki küçəsində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq
Nəqliyyat

Bu gün Bakının iki küçəsində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

Email 24

Aparılacaq təmir işləri ilə əlaqədar Xətai rayonu, Kazımağa Kərimov küçəsinin bir hissəsində və Nizami rayonu, Keşlə qəsəbəsi, 6-cı Keşlə küçəsində hərəkət məhdudlaşdırılacaq.

“Qasid Media” xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Bildirilib ki, təmir işlərinə bu gün saat 09:00-dan etibarən start veriləcək.

Kazımağa Kərimov küçəsində hərəkətin qismən, 6-cı Keşlə küçəsində isə tam məhdudlaşdırılması nəzərdə tutulur.

Məhdudiyyət təmir işləri başa çatanadək qüvvədə olacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları və qeyd olunan ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları xahiş edilib.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər