Shopping cart

  • Home
  • İqtisadiyyat
  • 9 ayda Azərbaycanda avtomobil kreditləri üzrə orta illik faiz dərəcəsi 14 % təşkil edib
İqtisadiyyat

9 ayda Azərbaycanda avtomobil kreditləri üzrə orta illik faiz dərəcəsi 14 % təşkil edib

Email 25

Bu il sentyabrın 30-na Azərbaycanda avtomobil kreditləri üzrə orta faiz dərəcəsi 14 % təşkil edib ki, bu da 2025-ci ilin sonuna olan göstəricidən bir faiz bəndi (f.b.) çoxdur.

Bu barədə “Qasid Media” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Tənzimləyicinin məlumatına görə, sentyabrın sonuna mənzil təmiri ilə bağlı istehlak kreditləri üzrə faiz dərəcəsi 17 % (2025-ci ilin sonuna 18 %) təşkil edib.

Yanvar-sentyabr aylarında məişət avadanlıqlarının alınması üçün istehlak kreditləri üzrə orta faiz dərəcəsi 1 f.b. azalaraq 25 %-ə düşüb.

9 ay ərzində kredit kartları vasitəsilə verilən istehlak kreditləri üzrə orta faiz dərəcəsi 1 f.b. artaraq 27 % təşkil edib.

Sentyabrın sonuna digər istehlak kreditləri üzrə orta faiz dərəcəsi 2025-ci ilin dekabr ayının göstəricisi ilə müqayisədə 2 f.b. və ya 20 %-ə qədər azalıb.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər