Shopping cart

  • Home
  • Nəqliyyat
  • 525 nömrəli marşrutun fəaliyyəti təkmilləşdirilir
Gündəm

525 nömrəli marşrutun fəaliyyəti təkmilləşdirilir

Email 29

Bakının Abşeron rayonunun Masazır kəndini (“Zəngilan şəhərciyi” yaşayış kompleksi), metronun “Memar Əcəmi” stansiyası ilə əlaqələndirən 525 nömrəli müntəzəm marşrutun fəaliyyəti təkmilləşdirilir.

“Qasid Media” Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir ki, məqsəd bu marşrutdan istifadə edən “Zəngilan şəhərciyi” yaşayış kompleksinin sakinlərinin səfər müddətinin azaldılması, həmçinin “Yeni Bakı” və “Qurtuluş-93” yaşayış komplekslərinin sakinlərinin marşrut istiqamətinin müəyyən edilməsində çətinliklərin aradan qaldırılmasıdır.

İyulun 18-dən sözügedən marşrut 525A və 525B nömrələri adı altında fəaliyyət göstərəcək.

Marşrutlar üzrə sərnişinlərə müasir, CNG texnologiyası ilə təchiz edilən 28 ədəd “King Long” markalı avtobus xidmət göstərəcək. Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,60 manat müəyyən edilib.

525A nömrəli marşrutun başlanğıc dayanacaq məntəqəsi Masazır kəndi (“Yeni Bakı” yaşayış kompleksi), son dayanacaq məntəqəsi isə metronun “Memar Əcəmi” stansiyası olacaq. Marşrut 6-7 dəqiqə hərəkət interval ilə fəaliyyət göstərəcək.

525B nömrəli marşrutun başlanğıc dayanacaq məntəqəsi Masazır kəndi (“Zəngilan şəhərciyi” yaşayış kompleksi), son dayanacaq məntəqəsi isə metronun “Memar Əcəmi” stansiyası olacaq. Avtobuslar 10 dəqiqə intervalla hərəkət edəcək.

Eyni zamanda vətəndaşların Masazır kəndi daxilində “Yeni Bakı” yaşayış kompleksindən “Zəngilan şəhərciyi” yaşayış kompleksi istiqamətində gedişlərinin təmin edilməsi məqsədilə 524 nömrəli marşrut da fəaliyyət göstərəcək.

Gedişhaqqı 0,50 manat müəyyən edilib.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər